A+
A–

Tərtər, 23 fevral, AZƏRTAC
Tərtər rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Xocalı fəryadı” mövzusunda inşa yazı müsabiqəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, müsabiqənin birinci mərhələsi rayonun bütün məktəblərində, yekun mərhələsi isə şəhər 2 nömrəli məktəb liseydə keçirilib. Yekun mərhələdə 44 ümumtəhsil məktəbin hər birindən bir şagird iştirak edib.
Rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov, gənclər və idman idarəsinin rəis əvəzi Səadət Hüseynova çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində törətdikləri faciədən bəhs ediblər. Bildirilib ki, inşa müsabiqəsinin keçirilməsi gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması və təbliği məqsədi daşıyır.
Müsabiqənin qaliblərinə Xocalı soyqırımına həsr olunmuş ümumrayon tədbirində diplom və hədiyyələr veriləcək.
AZERTAG.AZ :“Xocalı fəryadı” inşa yazı müsabiqəsinə yekun vurulub