Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan sənayenin inkişafının əsas istiqamətlərini müəyyənləşdirib. Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən "Sənayenin inkişafına dövlət sənaye" konfransında deyib.
Onun sözlərinə görə, bu inkişaf təbii resursların rasional istifadəsinə, məhsulun son çıxışınadək texnoloji zəncirlərin qurulmasına, modernizasiyaya və innovasiyalara, rəqabət qabiliyyətli sənaye istehsalının artırılmasına, eləcə də qeyri-neft ixracının genişləndirilməsinə əsaslanır.
N.Səfərov qeyd edib ki, hazırda ölkədə iqtisadi aktivliyin artmasına, qeyri-neft ixracının stimullaşdırılmasına və daxili və xarici mənbələrin hesabına iqtisadiyyata investisiyaların həcminin artırılmasına yönəldilmiş kompleks tədbirlər aparılır.
Bizi Twitter-dən izləyin: @trend_az