A+
A–

Bakı, 23 fevral, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında və onun regional bölmələrində musiqi məktəbləri əlaqələndiricilərinin iştirakı ilə musiqi məktəbləri məzunlarının qeydiyyatı üçün yaradılmış yeni “Musiqi məktəbi-məzun” elektron məlumat sisteminin təqdimatı keçirilib.
Tədbirdə musiqi məktəblərinin əlaqələndiricilərinə məlumat verilib ki, bu ildən etibarən musiqi istiqamətinə aid ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər elektron qeydiyyatdan keçməlidirlər. Bunun üçün onlar haqqında fərdi və musiqi təhsili məlumatları əlaqələndiricilər tərəfindən “Musiqi məktəbi-məzun” sisteminə daxil olunmalıdır.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə yeni sistemin imkanları və istifadə qaydaları iştirakçılara əyani nümayiş etdirilib. Sistemlə tanışlıq zamanı TQDK-nın əməkdaşları əlaqələndiricilərin suallarını ətraflı cavablandırıblar.
AZERTAG.AZ :“Musiqi məktəbi-məzun” elektron məlumat sisteminin təqdimatı olub