A–
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin akt zalında 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Məişət zorakılığının qarşısının alınması” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin həmkarlar ittifaqı komitəsinin sədri Fatma Yıldırım çıxış ediblər.
Bildirilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mühüm sahələrlə bağlı, o cümlədən gender bərabərliyini qorumaq məqsədilə daim vacib addımlar atmaqdadır. Bu istiqamətdə maarifləndirmə işlərinin aparılması, ailə və uşaq problemlərinin qarşısının alınması, qadınların iştirakçılığının və təmsilçiliyinin artırılması, qadın və uşaq hüquqlarının qorunması, sağlam həyat tərzinin aşılanması məqsədlərlə mütəmadi olaraq komitə tərəfindən seminarlar həyata keçirilir.
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini Aida Əliyeva həmkarlar ittifaqlarında qadın təmsilçiliyinin artırılması, onlar üçün lazımi şəraitin yaradılmasının və müvafiq yardımların göstərilməsinin əhəmiyyətini qeyd edib.
Tədbirin sonunda fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Sonda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı bukletlər, kitabçalar, kataloqlar paylanılıb.
AZERTAG.AZ :Məişət zorakılığının qarşısının alınmasına dair müzakirələr aparılıb