Səhiyyə Nazirliyi: Avtobus qəzasında yaralananlardan ikisi reanimasiyaya yerləşdirilib
Paylaş
87 baxış·1 dəq oxu
Bakı. 24 fevral. REPORT.AZ/ Bakıda baş verən avtobus qəzası ilə bağlı 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilən yaralılardan ikisi reanimasiyaya yerləşdirilib. Digər iki xəstə isə travmatologiya şöbəsindədir. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. O bildirib ki, digər yaralıların vəziyyəti isə orta-ağır olaraq qalır. Qeyd edək ki, avtobus qəzası Nizami rayonu ərazisində baş verib. Hadisə zamanı 1 nəfər ölüb, 13 nəfər yaralanıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.