[ 16 Fevral 2015 18:19 ]
. MM-dən APA-ya verilən məlumata görə, O. Əsədov bildirib ki, İran Azərbaycan üçün dost və qardaş ölkədir. O qeyd edib ki, siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələr yüksələn xətlə inkişaf etməkdədir: “Təkcə ötən il dövlət başçılarımız dörd dəfə görüşüb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Ölkələrimiz arasında imzalanmış 100-dən çox sənəd münasibətlərimizin hüquqi bazasını təşkil edir. Biz iqtisadi sahədə də əməkdaşlığımızı genişləndirmək niyyətindəyik. Azərbaycan tərəfi belə hesab edir ki, qarşılıqlı sərmayələrin həcminin artırılması hər iki tərəfin maraqlarına cavab verir”.
O. Əsədov parlamentlərarası əlaqələrdən söz açaraq millət vəkillərinin qarşılıqlı səfərlərini və nüfuzlu beynəlxalq qurumlarda birgə fəaliyyətini yüksək qiymətləndirib.
Məhəmməd Cavad Zərif isə Azərbaycanın İrana ən yaxın dost ölkə olduğunu vurğulayıb. O deyib ki, ölkəsi Azərbaycanla ən müxtəlif sahələrdə əməkdaşlıqda maraqlıdır. Parlamentlər səviyyəsində əlaqələrin inkişafına xüsusi önəm verən qonaq ölkələr arasında imzalanmış sənədlərin qanunverici orqanlarda təsdiqlənməsinin əhəmiyyətli olduğunu söyləyib.
Görüşdə siyasi, iqtisadi, humanitar sahələrdə, parlamentlər səviyyəsində əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.