Çinin cənubundakı Haynan əyalətinin inzibati mərkəzi olan Haykou şəhərində bıçaqlı naməlum şəxs ibtidai sinif şagirdlərinə hücum edib.

Report yerli KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində yeddi uşaq xəsarət alıb. Onlar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar. Boğazından yaralanmış bir qızın vəziyyəti narahatlıq doğurur.

Şahidlərin sözlərinə görə, hücum edən şəxsin 30-40 yaşı var. Hadisədən sonra o, gizlənməyi bacarıb.

Artıq hadisə yerinə polis də gəlib, istintaq və təcavüzkarın axtarışı başlayıb.

Milli.Az