Pakistanın Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri Azərbaycana rəsmi səfərə gələcək.

Milli.Az bildirir ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 29-da Pakistanın Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri general Rəşad Mahmudun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri planlaşdırılır.

Martın 3-dək davam edəcək səfər çərçivəsində qonağın bir sıra görüşləri nəzərdə tutulub.

Milli.Az