Tovuz, 15 fevral, Famil Quliyev, AzərTAc
Tovuz rayonunun Əyyublu kəndində hüquq məsləhətxanası fəaliyyətə başlayıb. Hüquq məsləhətxanasının xidmətlərindən təkcə Əyyublu deyil, qonşu Düyərli, Düz Qırıxlı, Alakol kəndlərinin sakinləri də istifadə edəcəklər. Məsləhətxanada ali təhsilli iki hüquqşünas çalışır.
Hüquq məsləhətxananın direktoru Duman Zeynalov AzərTAc-a eksklüziv müsahibəsində bildirib ki, onlar ərizələrin, o cümlədən iddia ərizələrinin yazılması, kassasiya və apelyasiya şikayətlərinin hazırlanması, etirazlar və vəsatətlərin qaldırılması kimi xidmətlər göstərməklə müştərilərə hüquqi yardımlar edəcəklər.