O bildirib ki, şəxs adlarının tənzimlənməsi üçün xüsusi qurumlar yaradılmalıdır: "Şəxs adlarının tənzimlənməsi Terminologiya Komissiyasına xas xüsusiyyət deyil. Komissiyanın əsasnaməsində şəxs adları ilə bağlı hər hansı bir bənd yoxdur. Komissiyanın tərkibindəki "Adlar, soyadlar şöbəsi" komissiyasından ayrılmalıdır.
AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Rəyasət Heyətinin tərkibində şəxs adlarının tənzimlənməsi ilə bağlı ayrıca komissiyanın yaradılmasını təklif edib. O bildirib ki, Komissiyanın tərkibində bu qurumun fəaliyyəti görünmür.