A+
A–

Bakı, 1 mart, AZƏRTAC,
Martın 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Zamanla üz-üzə” IV beynəlxalq musiqi layihəsi çərçivəsində “Seçmə qüsurlar” (“Defectos escogidos”) adlı musiqili tamaşa nümayiş etdiriləcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihənin bədii rəhbəri Əməkdar İncəsənət Xadimi, professor Fərəc Qarayevdir. Layihədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri, dirijor Fuad İbrahimov və solistlər iştirak edəcəklər.
Budəfəki layihə Bakı səhnəsində heç bir zaman qoyulmamış müasir musiqi əsərlərinin səhnələşdirilməsini özündə ehtiva etməklə, hər biri iki, yəni kamera-instrumental və simfonik konsertdən ibarət dörd konserti birləşdirir. Layihənin ikinci mərhələsinin aprel ayında keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Zamanla üz-üzə” layihəsi ilk dəfə 9 il əvvəl, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilib. O dövrdə bir çox XX əsr klassiklərinin əsərləri məhz bu layihə çərçivəsində ifa edilib.
AZERTAG.AZ :“Zamanla üz-üzə” müasir musiqi layihəsi çərçivəsində musiqili tamaşa