A+
A–

Siyəzən, 3 mart, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunan şahmat üzrə rayon birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Siyəzən Gənclər Mərkəzində yeniyetmə oğlanlar və qızlar arasında keçirilən yarışda 40-a qədər şahmatçı birinci yer uğrunda mübarizə aparıb.
İki gün davam edən birincilik olimpiya sistemi üzrə təşkil edilib. Yarışın yekun nəticəsinə əsasən oğlanlar arasında Rüstəm Əhmədov birinci, Anar Əliyev ikinci, Tehran Əkbərli üçüncü yeri qazanıb. Qızlar arasında isə Nigar Dəmirova birinci olub. Eyni xal toplayan Asiman Şahkərimli və Şəbnəm Abdullayeva isə ikinci-üçüncü yerləri bölüşüblər.
Qalib şahmatçılar təşkilatçılar tərəfindən fəxri fərmanlarla təltif ediliblər.
AZERTAG.AZ :Siyəzəndə şahmat birinciliyinin qalibləri mükafatlandırılıb
Siyəzəndə şahmat birinciliyinin qalibləri mükafatlandırılıb
Siyəzəndə şahmat birinciliyinin qalibləri mükafatlandırılıb
Siyəzəndə şahmat birinciliyinin qalibləri mükafatlandırılıb