A+
A–

Bakı, 3 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Tofiq Bəhramovun izi ilə gənc hakimlərin inkişafı” layihəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində futbol hakimi olmaq istəyən 50-dək gəncə təlim keçirilib. Təlimdə FİFA referisi Əliyar Ağayev və AFFA hakim-inspektoru Qurban Məmmədov və digər ekspertlər iştirak ediblər.
Tədbirdə layihə rəhbəri Əli Fərzəliyev tanınmış hakim Tofiq Bəhramovun Azərbaycan və dünya idmanındakı xidmətlərindən danışıb və layihə haqqında məlumat verib.
Sonra mütəxəssislər hakimlik peşəsinin sirləri, mövcud qaydalar, mübahisəli və qeyri-müəyyən situasiyaların idarə edilməsi ilə bağlı fikir və təcrübələrini bölüşüblər.
Tədbirin praktiki hissəsində gənc hakimlərin fiziki hazırlıqları və “simulator-referee” proqramı üzrə bilikləri yoxlanılıb.
Sonda fərqlənən iştirakçılar sertifikatlarla təltif edilib.
AZERTAG.AZ :“Tofiq Bəhramovun izi ilə gənc hakimlərin inkişafı” layihəsinə yekun vurulub
“Tofiq Bəhramovun izi ilə gənc hakimlərin inkişafı” layihəsinə yekun vurulub