Bakı. 3 mart. REPORT.AZ/ Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin bu gün Bakıya səfər edəcək.
"Report"-un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, Q.Karasin Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri (XİN) arasındaki siyasi məsləhətləşmələrdə iştirak edəcək.
"Azərbaycan XİN-in rəhbərliyi ilə işçi görüşü planlaşdırırıq. Gündəlikdə bir çox mövzu var: ikitərəfli əlaqələr, regional problemlər, Cənubi Qafqazın problemləri. Müzakirə üçün məsələ çoxdur", - deyə Karasin qeyd edib.
Onun sözlərinə görə, Bakıya səfəri çərçivəsində o, Azərbaycan tərəfini martın 2-də İranda apardığı danışıqlar haqqında da məlumatlandıracaq.