Maliyyə Bazarlarına Nəzarət Palatasının təklif olunan konfiqurasiyada fəaliyyətinin maliyyələşdirilməsi üçün tələb olunan xərclər bu sektorun, yəni haqq ödəyəcək institutların 2015-ci ildə vergidən əvvəlki mənfəətinin 1%-dən az təşkil edir".

Milli.Az report-a istinadən bildirir ki, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə işçi qrupunun rəhbəri Rüfət Aslanlı parlamentin bugünkü plenar iclasında çıxışında deyib.

"Palata öz fəaliyyətini nəzarət subyektlərinin ödədiyi haqlar hesabına maliyyəlləşdirəcək və dövlətdən və ya digər mənbələrdən hər hansı gəlirlər əldə etməyəcək", - deyə R.Aslanlı qeyd edib.

"Palatanın büdcəsinin formalaşmasının bəzi prinsiplərini müəyyən etmişik. Palatanın xərclərinin 3/4-ü əmək haqqı və ona bərabər tutulan xərclərə istiqamətləndirilməlidir. Yəni, büdcəni insan resurslarının formalaşdırılmasına yönləndirsin, texniki xərcləri artırmasın", - deyə QKDK başçısı əlavə edib.

Milli.Az