Bakı, 17 fevral, Əziz Məmmədov
Fevralın 17-də Bakıda “AzEstetik Group” şirkətinin dəstəyi ilə “Estetik lazer texnologiyaları” mövzusunda I nəzəri-praktiki konfrans keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə “AzEstetik Group”un rəhbəri Fariz Məmmədov şirkətin fəaliyyətindən söz açıb. Bildirib ki, 2009-cu ildə yaradılan bu şirkət stomatologiya, kosmetologiya, xüsusilə də estetik lazer avadanlığı sahəsində satış, servis və texniki xidmətlər göstərir. Bundan başqa, “AzEstetik Group” dünyanın 12 ölkəsindən 40 məşhur brendlə, o cümlədən “Alma Lasers”, “Genoray”, “WAHL”, “Joident” və digər şirkətlərlə əməkdaşlıq edir.
Tədbirdə İsrailin “Alma Lasers” şirkətinin MDB və Şərqi Avropa üzrə meneceri Maksim Koltıpin və estetik lazer texnologiyaları üzrə məşhur alman mütəxəssisi Udo Şmidt Almaniyanın “Quantel Derma” firmasının “Arion” lazer aparatından istifadə qaydaları haqqında müfəssəl məlumat veriblər.
Konfransın sonunda viktorina keçirilib. Qalibə “Aleksandrit” aparatına 10 faiz endirim kartı verilib.