A+
A–

Astana, 4 mart, AZƏRTAC
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev xarici işlər nazirinin dörd yeni müavinini təyin edib.
Muxtar Tleuberdi Qazaxıstan Respublikası xarici işlər nazirinin birinci müavini, Akılbek Kamaldinov, Qalımjan Koyşıbayev və Roman Vasilenko nazir müavinləri vəzifələrinə təyin olunublar.
Dövlət başçısının sərəncamları ilə Aleksey Volkov, Askar Musinov və Samat Ordabayev xarici işlər nazirinin müavinləri vəzifələrindən azad ediliblər.
N.Nazarbayevin başqa bir sərəncamı ilə Rapil Joşıbayev Qazaxıstan Respublikası xarici işlər nazirinin birinci müavini vəzifəsindən azad olunub. Bundan sonra R.Joşıbayev öz fəaliyyətini EKSPO-2017 beynəlxalq ixtisaslaşdırılmış sərgisində komissar kimi davam etdirəcək.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
AZERTAG.AZ :Qazaxıstan Prezidenti xarici işlər nazirinin yeni müavinlərini təyin edib