Bakı. Trend:

Kürdəmir rayonunda yük avtomobillərinin iştirakı ilə yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, rayonun Atakişili kəndində 2 “SHACMAN” markalı yük avtomobili toqquşub.

Nəticədə, yük avtomobillərdən birinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı avtomobildən çıxarıb və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Əməliyyat saat 07:00-da başa çatıb.

Bizi Twitter-dən izləyin: @trend_az