[ 17 Fevral 2015 17:46 ]



Bakı - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının 21 nəfər vətəndaşının terrorçular tərəfindən vəhşicəsinə qətlə yetirilməsi ilə Misirin xarici işlər naziri Sameh Şukriyə başsağlığı məktubu göndərib.


XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda E.Məmmədyarov terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycanın Misir xalqının dərdinə şərik çıxdığını qeyd edib, bir daha terrorizmin bütün forma və təzahürləri pisləyib.