A+
A–

Bakı, 7 mart, AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) türk-slavyan əlaqələri elmi tədqiqat laboratoriyası əməkdaşlarının 2005-2015-ci illər üzrə elmi tədqiqat işlərinin toplusu çapdan çıxıb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, nəşrdə ötən on ildə laboratoriya əməkdaşlarının bir sıra respublika və beynəlxalq elmi konfranslarda etdikləri məruzələr toplanıb. “Mütərcim” nəşriyyatında çap olunmuş “Şərq-Qərb -2” adlı toplu BSU-nun elmi şurasının iclasında təsdiqlənib və çap olunmasına qərar verilib.
Qeyd edək ki, türk-slavyan əlaqələri elmi tədqiqat laboratoriyası türk-slavyan mədəni, ədəbi, dil əlaqələrinin tarixini, müasir durumunu və digər problemləri araşdırır.
AZERTAG.AZ :BSU-nun əməkdaşları on illik elmi tədqiqat işlərinin toplusunu çap etdiriblər