A+
A

Qazax, 9 mart, AZƏRTAC
Azərbaycanda ardıcıl olaraq üçüncü ildir ki, əhalinin pulsuz tibbi müayinəsi aparılır. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən xeyirxah aksiya Qazaxda da uğurla davam etdirilir.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Arzu Novruzov AZƏRTAC-a bildirib ki, fevralın 15-dən bu günədək 14 min 750 nəfər rayon sakini müayinə olunub. Müayinə zamanı sakinlərdən 142 nəfərinə ambulator, 26 nəfərinə isə stasionar müalicə təyin edilib. Bundan başqa, 7 nəfər ətraflı müayinə olunmaq üçün Bakı şəhərinə göndərilib.
Müayinədən keçən rayon sakinləri xeyirxah aksiyanı yüksək qiymətləndirir və bu qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
AZERTAG.AZ :Qazax rayonunda 14 min 750 nəfər kütləvi tibbi müayinədən keçib