Çində Yeni il şənliyi zamanı 35 nəfər ölüb, 43 nəfər yaralanıb - FOTO

Çində Yeni il şənliyi zamanı 35 nəfər ölüb, 43 nəfər yaralanıb - FOTO
14:17 1 Yanvar 2015
69 Dünya
Ölkə mətbuatı
A- A+

[ 01 Yanvar 2015 14:12 ]

Bakı-APA. Çinin Şanxay şəhərində Yeni il şənlikləri zamanı 35 nəfər ölüb, 43 nəfər yaralanıb.

 

APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, hadisə yeni ilin başlamasına yarım saat qalmış Şanxayın Çen Yi Meydanında baş verib.

 

Ərazi polis nəzarətinə alınıb. Şanxay Meri izdihamın səbəbi barədə hələlik məlumatsız olduqlarını bildirib.

 

Lakin qeyri-rəsmi mənbələr izdihama səbəb kimi meydan yaxınlığındakı bir binadan dollara oxşayan kuponlar atıldığını, izdihamı da kuponları əldə etmək istəyənlərin yaratdığını bildiriblər.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367847

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR