Bakı. Trend:
İsveçrə şirkətləri Azərbaycan iqtisadiyyatına 220 milyon dollar sərmayə yatırıblar.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-İsveçrə hökumətlərarası komissiyanın birgə iclası zamanı deyib.
Nazirin sözlərinə görə, ölkədə İsveçrə kapitalı ilə 65 şirkət fəaliyyət göstərir.
Bizi Twitter-dən izləyin: @trend_az