Xalq artisti Aygün Kazımova küsülü olduğu mərhum həmkarı İlhamə Quliyevadan danışıb.
Axşam.az-ın məlumatına görə, müğənni "Bizimləsən" verilişində onun arxasında danışanları qınayıb:
"Böyük sənətkarımız İlhamə Quliyevaya Allahdan rəhmət diləyirəm. Qəbri nurla dolsun. Doğrudan da, böyük sənətkar idi. Aramızda nə olubsa, bir o, bir mən bildim. Öz aramızda da qalacaq.
Onun ölümündən sonra arxasınca nəsə danışmaq artıqdır. Söhbət bağlanıb. O, bizim musiqimizə mədəniyyətimizə gözəl mahnılar, böyük layihələr bəxş edib. O getsə də, mahnıları, sənəti, səsi daim yaşayacaq".
Milli.Az