Quranda behiştin dörd adı bəyan olunmuşdur ki, onlara işarə edək: cənnəti-ədn, cənnəti-firdovs, cənnəti-nəim, cənnəti-məva.
Həmçinin hədislərdə oxuyuruq ki, bu dörd behiştdən başqa, Allah Təalanın digər behiştləri də vardır ki, bu dörd behişt onları əhatə etmişdir. (Tebyan)
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Quranın bir çox ayələrində cənnəti-nəimdən söz açılmışdır. O cümlədən:
"(Üçüncü dəstə, imanda) öncül (təqvada) qabaqcıllar! Onlar (Allahın dərgahına) yaxın olanlardır. (Onlar) nemət dolu cənnət və bağlarda olacaqlar". ("Vaqiə" 10-12).
"Yoxsa onlardan hər birinin tamahı var ki, (sabah Qiyamətdə kafir ola-ola) onu çox nemətli cənnətə daxil edələr?!". ("Məaric" 38).
Cənnəti-ədn də ayələrdə adı çəkilən cənnətlərdəndir. O cümlədən:
"(Əgər belə etsəniz,) Allah günahlarınızı bağışlar, sizi (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə, bağlara və əbədi (Ədn) cənnətlərindəki pak və xoşagələn məskənlərə daxil edər. Budur böyük səadət". ("Səff" 12).
Firdovs behiştinin adı Quranda iki dəfə çəkilmişdir. O cümlədən:
"Həqiqətən, iman gətirmiş və yaxşı işlər görmüş kəslərin ilk qəbul yerləri Firdovs bağlarıdır". ("Kəhf" 107).
"Onlardır varislər! Uca Cənnətə varis olanlar (şəxsi malları kimi cənnətə mütləq və daimi sahib olanlar və ya kafirlərin cənnət payına da varis çıxıb yiyələnənlər)! Onlar orada əbədidirlər". ("Muminun" 10-11).
Cənnəti-məvanın adı da Quranda iki dəfə gəlmişdir. O cümlədən:
"Lakin iman gətirib saleh əməllər edənlər üçün "Mə'va" cənnətləri və bağları vardır, (və bunlar hamısı dünyada) etdiklərinin mükafatı olaraq bir qonaqlıqdır". ("Səcdə" 19).
"Sidrətul-müntəhanın (göylərin sərhədlərinin axırı və bəndələrin əməllərinin qalxıb-enmə yerinin sonunda yerləşən sidr ağacının)yanında. (Məhşərdə hesab qurtardıqdan sonra möminlərin) məskunlaşama yeri olan axirət cənnəti onun yanındadır". ("Nəcm" 14-15).
Cənnəti-nəim dedikdə vilayət nəzərdə tutulur və Quranda hansı yerdə nemətin adı çəkilirsə, vilayətə işarə edir.
Allah Təala Qurani-Kərimin 20 yerində mömin bəndələrinə görüşməyi vəd edir. Cənnəti-liqa behiştlərdən biridir ki, insan Allahla görüşər. "O gün neçə-neçə üzlər şad-xürrəm olacaq! (Qəlb gözü ilə) öz Rəbbinə tərəf (və zahiri gözü ilə Onun cəlal və camal nişanələrini tam şəkildə təzahür və təcəssümünə) baxacaqdır". ("Qiyamət" 22-23).
"Buna görə də kimin öz Rəbbi ilə görüşə ümidi varsa, gərək yaxşı iş görsün və ibadətdə heç kəsi öz Rəbbinə şərik qoşmasın". ("Kəhf" 110).
Behiştin müxtəlif dərəcələri.
İbn Şəhri Aşub Əmirəl-möminindən (ə) nəql edir ki, buyurub: "Behiştin 71 qapısı vardır və onların 70-dən mənim davamçılarım və əhli-beytim daxil olacaqdır. Onun bir qapısından isə qalan insanlar".
İmam Sadiq (ə) buyurur: "Behiştin bir qapısı vardır ki, ona məruf deyərlər. Oradan daxil olmazlar, məgər məruf əhli, xeyir və bəyənilmiş işlər və saleh əməllər əhli".
Əmirəl-möminin (ə) buyurur: "Behiştin müxtəlif dərəcələri vardır ki, bəziləri bəzilərindən fəzilətlidir. Fərqli mənzilləri vardır. Nemətləri əbədidir və qət olmaz. Orada sakin olan heç bir zaman köçməz. Orada sakin olan möhtac olmaz".
Milli.Az
Görəsən bu 4 behiştdən hansısa biri bizim qismətimiz olacaqmı?
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
milli.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Oktyabr bəzi bürclər üçün səmərəli keçəcək
15 yaşlı göyçaylı kikboksçu dünya çempionu oldu - FOTO
Bu ölkənin BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizədliyi irəli sürülüb
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü dron hücumuna məruz qaldı
Deputat həmin hadisədən danışdı: “Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan”
Layihələr
Son xəbərlər
Azərbaycan millisi Litva üz-üzə gələcək
Bu gün
·
09:40
Hərbçilərin ölümünə görə müdafiə naziri işdən çıxarıldı
Bu gün
·
09:30
XİN Anım Günü ilə bağlı bəyanat yaydı
Bu gün
·
09:16
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Bu gün
·
09:10
Bu gün 1 dəqiqəlik sükut olacaq
Bu gün
·
08:30
Bu ölkənin BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizədliyi irəli sürülüb
Bu gün
·
01:30
Bakının bu hissəsində bulvar salınır
Bu gün
·
00:59
Bütün yükü tək daşıyan 4 bürc
Bu gün
·
00:48
ABŞ 50 ölkəyə bildiriş göndərdi
Bu gün
·
00:45
15 yaşlı göyçaylı kikboksçu dünya çempionu oldu - FOTO
Bu gün
·
00:07
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
Bu gün
·
00:01
Bu gün Azərbaycanda Anım Günüdür
Bu gün
·
00:00
Ceyhun Bayramov Nyu-Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb
Dünən
·
23:59
Abşeronda qonşular arasında baş verən münaqişə qətlə bitdi
Dünən
·
23:13
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü dron hücumuna məruz qaldı
Dünən
·
22:42