Müxtəlif dövrlərdə Azərbaycanda fərqli musiqi yarışmaları keçirilib.
Axşam.az-ın məlumatına görə, onlar arasında “Azəri star”, “Yeni ulduz”, “Xalq ulduzu”, “Sing you song” daha məşhur idi. Bu gün bəzi qaliblər tanınmış estrada müğənnisidir, bəziləri isə sənətdən tamamilə uzaqlaşıb.
Musiqi yarışmalarının qalibləri indi haradadır?
“Akademiya” realiti şousu cəmi bir dəfə baş tutdu. Şounun qalibi Xəyyam Mustafazadə oldu. Xəyyam qalib olduqdan sonra dəfələrlə xaricdə keçirilən müsabiqələrə qatılıb, ölkəmizi təmsil edib. Hazırda isə o əməkdar artist adına layiq görülüb və sənəti ilə məşğuldur. 
Müğənni Sima Qasımova “Sing you song” müsabiqəsinin qaliblərindən olub. Bir vaxtlar əməkdar artist Röya Ayxanın vokalisti çalışırdı. Hazırda isə solo karyerasına davam edir. 
“Azəri star” müsabiqəsinin ilk buraxılışının qalibi Günel Məhərrəmova olub. Yarışmadan sonra Günel müğənni kimi fəaliyyət göstərir. Son günlər isə ifaçı gündəmdən uzaqlaşıb. 
“Yeni ulduz” müsabiqəsinin ilk buraxılışının qalibi Nicat Musayev olmuşdu. Nicat yarışmadan sonra ANS-də aparıcı kimi fəaliyyət göstərdi. Hazırda isə o televiziyadan və şou-biznesdən uzaqlaşıb. 
“Yeni ulduz 2”-nin qalibi Rəcəb Musayev olub. Rəcəb bir neçə il bundan əvvəl avtomobil qəzasında dünyasını dəyişib. 
“Yeni ulduz 3”ün qalibi Rəşid Sultanov idi. Hazırda Rəşid müğənnilik fəaliyyətini dondurub. Onun nə işlə məşğul olması ilə bağlı heç bir məlumat yoxdur.
“Yeni ulduz 4”də birincilik adını İlhamə Qasımova qazanıb. Hazırda İlhamə müğənnilik fəaliyyətini davam etdirir. O, xaricdə də bir çox layihələrə imza atıb. 
“Yeni ulduz 5”də Elvin adlı gənc birinci olub. Hazırda o sənətdən uzaqlaşıb.
“Yeni ulduz 6”nın qalibi Vüqar Muradov olub. V.Muradov hazırda müğənni kimi fəaliyyət göstərir. 
“Yeni ulduz 7”nin qalibi isə Çingiz Mustafayev olub. Çingiz müğənnilik karyerasını davam etdirməklə yanaşı, xaricdə keçirilən müsabiqələrə də qatılır. 
“Yeni ulduz 8”in qalibi Safurə Əliyeva olub. Müsabiqədən sonra Safurə müğənni kimi karyerasına davam edib və ölkəmizin “Eurovision” təmsilçilərindən olub. Bir neçə il bundan əvvəl isə Safurə energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurub və sənətdən uzaqlaşıb. 
“Yeni ulduz 9”un qalibi Cahangir Qurbanov seçilib. Cahangir də müğənnilikdən uzaqlaşanlar sırasındadır.
“Yeni ulduz 10” müsabiqəsinin qalibi isə Ramazan Ramazanlı idi. Ramazan da hazırda başqa sahədə fəaliyyət göstərir.
“Yeni ulduz” 11-in qalibi isə Anar Məmmədov seçilib. Hazırda Anar gündəmdə çox olmasa da, hərdən mahnılar təqdim edir.
“Azəri star plus” müsabiqəsinin qalibi Zarina Məmmədova olmuşdu. Zarina bir neçə il əvvəl şəxsi həyatı ilə bağlı sənətdən gedib və Türkiyədə yaşayır. 
“Azəri star 2011”in qalibi Vüqar Əliyev adlı gənc olub. O, hazırda müğənnilikdən uzaqlaşıb. 
“Azəri star 2007”nin qalibi Zakir Bağırov idi. Bir ara adı qalmaqallarda hallanan Zakir hazırda gündəmdə yoxdur.
“Xalq ulduzu” yarışmasının ilk buraxılışının qalibi Eldəniz Məmmədov olub. Hazırda Eldəniz sənətinə davam edir. O, dəfələrlə ölkəmizi xaricdə təmsil edib.
"Yeni ulduz", "Azəri star", "Xalq ulduzu" - Qaliblər indi haradadır?
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Tünzalə Ağayeva yeni layihəsinin anonsunu paylaşdı - VİDEO
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Səid bin Mübarək Əl-Hacəri ilə görüşdü
Bu gün
·
01:25
Bu bürclər üçün dəyişikliklər başlayır
Bu gün
·
01:15
Brent neftinin qiyməti 109 dolları ötdü
Bu gün
·
00:28
150 min ağac əkdilər - 20 il sonra möcüzə baş verdi
Dünən
·
23:47
Prezidentin sosial şəbəkə hesablarında paylaşım edildi - VİDEO
Dünən
·
23:20
İlon Mask gələcəyin ən böyük təhlükəsini açıqladı
Dünən
·
23:12
Bu şəxslərə AFFA-da vəzifə verildi
Dünən
·
23:04
Arda Güler hakimə söydü
Dünən
·
22:50
"Aziz Yıldırım İsmail Kartalı qovacaq" - İddia
Dünən
·
22:48
Avropa Parlamenti rüşvətxorlar yuvasıdır - İlham Əliyev
Dünən
·
22:34
Sabah işıq kəsiləcək - Bu ərazilərdə
Dünən
·
22:24
Bakıda bu marşrutların dayanacaqları dəyişdirildi
Dünən
·
22:19
3 kilometrlik bina - İçinə girən azıb qala bilər
Dünən
·
21:42
İranda təyyarə havada parçalanmağa başladı - VİDEO
Dünən
·
21:17
Məşhur məşqçi türk klubuna razılıq verdi
Dünən
·
21:10