A+
A–

Biskek, 12 mart, AZƏRTAC
Qırğızıstanın “Kabar” və ca-news agentlikləri IV Qlobal Bakı Forumu haqqında materiallar verib.
Materiallarda bildirilir ki, Forumda Bolqarıstanın, Albaniyanın, Makedoniyanın, Monteneqronun, Gürcüstanın prezidentləri, bir sıra ölkələrin sabiq dövlət və hökumət başçıları, dünyanın 53 ölkəsindən gələn ictimai-siyasi xadimlər iştirak edirlər.
Qeyd olunur ki, Forumda Qırğızıstanın Azərbaycandakı səfiri Ayjiqit Buranov da iştirak edir.
Bildirilir ki, tədbirdə münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, beynəlxalq təhlükəsizliyin qorumnması, multikulturalizm, qlobal iqtisadi böhran, enerji siyasəti və digər məsələlər müzakirə olunur.
Diqqətə çatdırılır ki, Forum çərçivəsində A.Buranov Nizami Gəncəvi Beynəlxalq Mərkəzin baş katibi Rövşən Muradov və tədbirin digər təşkilatçıları ilə görüşüb.
Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qarşılıqlı Fəaliyyət Şurası, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində keçirilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Biskek
AZERTAG.AZ :Qırğızıstanın “Kabar” və ca-news agentlikləri IV Qlobal Bakı Forumu haqqında yazır
Qırğızıstanın “Kabar” və ca-news agentlikləri IV Qlobal Bakı Forumu haqqında yazır