Türkiyə səfiri Azərbaycan xalqının həmrəyliyini yüksək qiymətləndirib.
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib.

Millət vəkili qeyd edib ki, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab İsmail Alper Coşkuna zəng edərək ona və onun timsalında bütün Türkiyə xalqına Ankara şəhərində baş vermiş son terror hadisəsi ilə bağlı başsağlığı verib:
"Hər bir azərbaycanlının Türkiyə ilə yanaşı olduğunu və kədərini bölüşdüyünü bildirdim. Səfir İsmail Alper Coşkun zəngə görə təşəkkür edərək Azərbaycan xalqının bu ağır günlərdə türk xalqı ilə həmrəy olmasını yüksək qiymətləndirdiyini dedi".
İlkin İzzət
Milli.Az