Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Zəfər Sofiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesdə zamində olan təqsirləndirilən şəxsin barəsində həbs-qəti imkan tədbiri seçilməsinə qərar verilib və Z. Sofiyev məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Zəfər Sofiyev Cinayət Məcəlləsinin 178.3.2(dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Milli.Az