Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulda keçirilmiş xüsusi əməliyyat çərçivəsində 30 nəfər saxlanılıb. Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, onlardan doqquzu vəkildir.

Saxlanılanların hamısı PKK terror təşkilatı ilə əlaqələrdə şübhəli bilinir.

Adları çəkilməyən vəkillərin ofislərində hazırda axtarış aparılır.

Bizi Twitter-dən izləyin: @trend_az