A+
A–

Lənkəran, 16 mart, Bağır Əliyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın Ucar, Yevlax, Zərdab, Ağdam, Xocalı, Xocavənd, Kəlbəcər və Laçın rayonlarından olan iştirakçıları martın 16-da axşam saatlarında Lənkərana gəliblər.
AZƏRTAC xəbər verir ki, məktəbliləri Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.
Şəhər icra hakimiyyəti başçısının müavini İlkin Rəhimov cənub bölgəsinə səfər edən məktəbliləri və müəllimləri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, onlara mənalı istirahət arzulayıb.
İ.Rəhimov qeyd edib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə, Azərbaycan xalqının milli mənəvi dəyərlərinə hörmət və məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir.
Diqqətə çatdırılıb ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası valideynlər tərəfindən də böyük razılıq hissi ilə qarşılanır. Bu layihə məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verir.
Qarşılanma mərasimində şagirdləri müşayiət edən qrup rəhbərlərinə Lənkəranın sosial-iqtisadi inkişafını əks etdirən albomlar hədiyyə olunub.
Sonra məktəblilər Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsini ziyarət ediblər. Daha sonra Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanışlıq olub.
Tur-aksiya sabah davam etdiriləcək.
AZERTAG.AZ :“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları cənub bölgəsində
“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları cənub bölgəsində