A–
Qusar, 17 mart, Elxan Yusifli, AZƏRTAC
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Azərbaycanın şimal rayonlarına ekskursiyaya gəlmişik. İlk tanışlığımız “Qədim Şabran” şəhərinin qalıqları ilə oldu. Bu şəhər haqqında çox oxumuşam. Arxeoloji qazıntılar aparılan əraziyə baş çəkdik, əsrlərlə yaşı olan tarixi abidəni gözlərimizlə gördük.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Hacıqabul məktəblisi Şahrabanu Əhmədova deyib. Məktəbli bildirib ki, Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyaya çıxsalar da, buraya gələnədək yolboyu bir sıra rayonlarda olublar: “İlk dəfədir bu regiona gəlmişəm. Səyahət zamanı hər addımda yeniliklərlə qarşılaşırıq. Quba, Qusar, Xaçmaz rayonlarının əsrarəngiz təbiət mənzərələri hər birimizə xoş təsir bağışlayır. Demək olar ki, tur-aksiyanın hər bir anı maraqlı və yaddaqalandır. Bizə belə bir imkan yaratdığına görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
AZERTAG.AZ :Hacıqabul məktəblisi: “Tur-aksiyanın hər bir anı maraqlı və yaddaqalandır”