Bakı, 18 fevral, AzərTAc
Fevralın 18-də ümumtəhsil məktəblərinin yeddinci siniflərində istifadə olunan “Fizika” dərslik dəstinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzərTAc-a bildiriblər ki, seminarda dərslik dəsti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilib.
AMEA-nın Radiasiya Problemləri İnstitutunun elmi işçisi Müslüm Məmmədov, Fizika İnstitutunun aparıcı elmi işçisi Qurban Mehdiyev, 30 nömrəli tam orta məktəbin müəllimi Tamilla Orucova və başqaları çıxış edərək fikir bildiriblər.
“Fizika” dərslik dəstinin elmi-metodiki monitorinqi başa çatıb.
Müzakirədə verilən təkliflər yekun rəydə nəzərə alınaraq müəlliflərə təqdim ediləcək, Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcək.