Hər zaman zarafatcıllığı ilə seçilən Rüfət Axundov bu dəfə tam ciddi olaraq həmkarı Əlikram Bayramovu dəstəkləyib.

Milli.Az xəbər verir ki, ATVxəbər.az-a verdiyi açıqlamada Rüfət Əlikramın "Xanım dilin uzadanda sillələmək lazımdır. Arada arvadı döymək normaldır. Görürəm yoldaşım sözümə qulaq asmır, sillə vururam, döyürəm” sözlərinə bəraət qazandırıb: “Bilirsiniz, əlbəttə qadına əl qaldırmaq yaxşı şey deyil. Lakin o, sözlə həyat yoldaşını anlamırsa, onda kişınin başqa cıxış yolu qalmır. Qadın dilindən silah kimi istifadə edirsə, o zaman kişi də qolundan istifadə etməlidir. Necə ki, balaca uşağa hərdən qulaqburması vermək lazım gəlirsə, qadının da dilini burmaq üçün ona “əl gəzdirmək” olar fikrimcə və burada heç bir problem görmürəm. Əsas odur ki, çalışasan ailən dağılmasın, bu da onu qorumağın bir üsuludur”.

Milli.Az