A+
A–

Bakı, 18 mart, AZƏRTAC
Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti tədbirlər respublikanın Ağcabədi və Tovuz, həmçinin paytaxtın Qaradağ, Xəzər, Abşeron və Suraxanı rayonlarında keçirilib.
Səyyar xidmətlər zamanı Ağcabədidə 1121, Tovuzda 360, Qaradağda 481, Xəzərdə 697, Abşeronda 480, Suraxanıda 206, ümumilikdə 3400-ə yaxın şəxsin müvafiq sənədləri qəbul edilib.
Belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.
AZERTAG.AZ :Vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi üzrə səyyar xidmətlər davam etdirilir