A+
A–

Martın 16-19-da keçirilən tur-aksiyada ayrı-ayrı bölgələrdən 990 nəfər iştirak edib
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə müxtəlif şəhər və rayonlarda yaşayan məktəbli gənclərin respublikamızın digər bölgələrinə səyahətinin təşkili davam etdirilir. 2016-cı il martın 16-19-da və 24-27-də “Ölkəmizi tanıyaq” devizi ilə iki mərhələdə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində 54 şəhər və rayondan 1980 nəfər IX-XI sinif şagirdinin Azərbaycanın bölgələrinə səfəri nəzərdə tutulub.
Artıq birinci mərhələ uğurla başa çatıb. Məqsədi gənc nəslin Vətənə, Azərbaycan xalqının milli mənəvi dəyərlərinə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsindən ibarət olan maarifləndirici tur-aksiyanın 990 iştirakçısı Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Göygöl, Lənkəran, Astara, Masallı, Lerik, İsmayıllı, Qəbələ, Şəki, Quba, Qusar və Xaçmazda tarixi və mədəniyyət abidələri, yerli adət-ənənələrlə tanış olub, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzlərinə, gənclər mərkəzlərinə, Bayraq meydanlarına, rəsm qalereyalarına, həmçinin tarix-diyarşünaslıq muzeylərinə və digər obyektlərə baxış keçiriblər. Bu ekskursiyalar ölkəmizin tarixini dərindən öyrənməklə bərabər, gənclərimizə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2014-cü ilin avqust ayından başlanan tur-aksiyalarda, ümumilikdə, 74 şəhər və rayonundan 5155 məktəbli iştirak edib. Respublikamızın ictimai-mədəni həyatında mühüm hadisəyə çevrilən “Ölkəmizi tanıyaq” tur-aksiyası ictimaiyyət tərəfindən də böyük razılıqla qarşılanıb. Ziyalıların, sadə insanların yekdil rəyinə görə, bu layihə məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verir. Tur-aksiyalar zamanı respublikamızın regionlarına səyahət edən şagirdlərdə həm də xalqımızın malik olduğu çoxəsrlik tolerantlıq, multikultural dəyərlər barədə hərtərəfli təsəvvür formalaşır.
Tur-aksiya iştirakçıları AZƏRTAC-a verdikləri müsahibələrdə bölgələrə səyahətin çox maraqlı və faydalı olduğunu bildiriblər. Belə bir ortaq fikir ifadə edilib ki, maarifləndirici tur-aksiya öz məqsədinə yüksək səviyyədə nail olub. Məktəblilər ekskursiya zamanı ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, müstəqillik illərində əldə edilmiş nailiyyətlərlə daha yaxından tanış olub, biliklərini artırıb, doğma Vətənimizin inkişafını öz gözləri ilə görüblər. Həmçinin istirahətlərini mənalı keçirən gənclər bu səfərlər zamanı unudulmaz anlar yaşayıblar. Onların hər biri geriyə xoş duyğularla, yeni biliklərlə qayıdıblar.
Maarifləndirici tur-aksiyanın ikinci mərhələsi martın 24-dən 27-dək keçiriləcək. Bu mərhələdə rayonlardan daha 990 nəfərin iştirakı planlaşdırılır.
AZERTAG.AZ :“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsi başa çatıb
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsi başa çatıb