A+
A–

Balakən, 20 mart, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayon Gənclər və İdman İdarəsi yeniyetmə və gənclərin intellektual potensialının yüksəldilməsi, dünyagörüşlərinin zənginləşdirilməsi üçün müxtəlif layihələr həyata keçirir.
AZƏRTAC xəbər verir ki, idarənin Novruz bayramı münasibətilə YAP rayon təşkilatı Gənclər Birliyi ilə birgə təşkil etdiyi “Xəmsə” milli intellektual oyunu üzrə “Novruz kuboku” uğrunda turnir də məhz yeniyetmələrin asudə vaxtlarının mənalı və səmərəli keçməsini təmin etmək məqsədi daşıyıb.
On komandanın mübarizə apardığı turnirdə “Hell” komandası rəqiblərini üstələyərək birinci olub. Sonrakı yerləri “Lord”, “Land of fire” və “Nizami” komandaları tutub.
Qalib komandalar diplom və medallarla mükafatlandırılıb.
AZERTAG.AZ :Balakəndə “Xəmsə” milli intellektual oyunu üzrə “Novruz kuboku” turniri keçirilib
Balakəndə “Xəmsə” milli intellektual oyunu üzrə “Novruz kuboku” turniri keçirilib