A–
Bakı, 21 mart, AZƏRTAC
Qazaxıstan parlamentinə və yerli seçkili orqanlara seçkilər ölkənin milli qanunvericiliyinə və beynəlxalq seçki standartlarına uyğun olaraq keçirilib.
Bu fikri TürkPA beynəlxalq müşahidəçi missiyasının başçısı, Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpək yekun mətbuat konfransında bildirib.
Xatırladaq ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının beynəlxalq müşahidəçi missiyası martın 20-də Qazaxıstanda növbədənkənar parlament seçkilərinin, eləcə də yerli seçkili orqanlar-maslixatlara keçirilmiş seçkilərin qısamüddətli monitorinqini həyata keçirib. Səsvermə günündə missiya üzvləri Astanada bir sıra səsvermə məntəqələrində olub və seçki bülletenlərinin hesablanma prosesini izləyiblər.
AZERTAG.AZ :TürkPA Qazaxıstanda keçirilən seçkilərin beynəlxalq standartlara cavab verdiyini bildirir

