Belçikada hava limanı və metroda partlayış törədən şəxslərin kimliyi məlum olub
Paylaş
·37 baxış·1 dəq oxu
Bakı. 23 mart. REPORT.AZ/ Brüsseldə hava limanı və metroda partlayış törədən şəxslərin kimliyi məlum olub. "Report" "əl-Ərəbiyə"yə istinadən xəbər verir ki, bunlar Belçika vətəndaşları İbrahim və Xalid Bəkravidir. Xatırladaq ki, martın 22-də Brüsseldə törədilən terror aktı nəticəsində 33 nəfər həlak olub, 250-dən artıq insan yaralanıb.