Aİ-nin daxili işlər və ədliyyə nazirlərinin növbədənkənar görüşü keçiriləcək
Paylaş
·27 baxış·1 dəq oxu
Bakı. 23 mart. REPORT.AZ/ Avropa İttifaqına üzv dövlətlərin daxili işlər və ədliyyə nazirləri martın 24-də Brüsseldə növbədənkənar iclasa toplaşacaq. "Report"-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, əsas müzakirə mövzusu Brüssüldə törədilən terror aktları olacaq. Növbədənkənar iclasın keçirilməsi tələbini hazırda Aİ-yə sədrlik edən Hollandiya gündəmə gətirib.