A+
A

Bakı, 28 mart, Elvin Camalov, AZƏRTAC
Martın 28-də Qazaxıstanın “Air Astana” və Rusiyanın “Taymır” aviaşirkətləri Almatı və Krasnoyarskdan Bakıya olan reysləri ləğv ediblər. Bu barədə AZƏRTAC-a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildiriblər.
Məlumata görə təyyarələr Almatı-Bakı reysi ilə paytaxtımıza yerli vaxtla 12:50-də, Krasnoyarsk-Bakı reysi ilə 22:35-də gəlməli idi.
Aviareyslərin təxirə salınma səbəbi məlum deyil.
AZERTAG.AZ :“Air Astana” və “Taymır” bu gün Bakıya olan aviareysləri ləğv edib