Onun "Büyükderespor"da oynayan dostu Evren Turhanın xahişi ilə keçidə razılıq verdiyi bildirilir. Lakin təcrübəli forvard bir müddət yeni komandasında forma geyinə bilməyəcək. Səbəb onun qış fasilsində keçirilmiş "4 böyüklərin turniri"ndə zədələnməsidir.
Qeyd edək ki, 2009-cu ilin fevralında "Xəzər Lənkəran"la müqavilə imzalayan Ahmet Dursun həmin mövsümün sonunadək komandada qalıb. O, futbolçu karyerası ərzində "Beşiktaş", "İstanbulspor", "Antalyaspor", "Ankaragücü", "Tianjin Teda" (Çin) klublarının da formasını geyinib.