“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, yeni pilotsuz uçan aparat prototipi suyun altında iki ay keçirdikdən sonra işlək vəziyyətdə qalıb və suyun altından qalxaraq havaya uçub. Mühəndislər korroziyaya uğrayan ağır və bahalı metal detalların istifadəsindən imtina edərək kvadrokopteri “3D” printer vasitəsilə çap edilən və mexanizmləri sudan qoruyan detallardan hazırlayıblar. Mütəxəssislərin sözlərinə görə, aparatın hazırlanma xərcinin az olması qurğunun itirilmə təhlükəsinin olduğu ağır şəraitdə istifadəsinə imkan verir.
Alimlərin qənaətinə görə, onların kəşfinə marağı ilk növbədə hərbi qurumlar göstərəcək.
Nizam Nuriyev