A–
Qahirə, 30 mart, Şıxəli Əliyev, AZƏRTAC
Azərbaycan-Misir Müştərək Komissiyasının növbəti iclasının keçirilməsi istiqamətində tədbirlər görülür.
AZƏRTAC-ın Misirə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Azərbaycanın Misirdəki səfirliyinin müşaviri Rafael Bağırov bildirib. Onun sözlərinə görə, komissiyanın iclası sonuncu dəfə 2007-ci ildə keçirilib.
“Müştərək Komissiyanın növbəti iclası Qahirədə keçiriləcək. Düşünürəm ki, bu iclas ikitərəfli əlaqələrə ciddi təkan verəcək. İclasın vaxtının müəyyənləşdirilməsi Misir tərəfindən asılıdır. Artıq ölkədə bütün hakimiyyət strukturları tam fəaliyyət göstərir, prezident, parlament seçkiləri keçirilib, hökumət formalaşdırılıb. Hesab edirəm ki, yaxın zamanlarda iclası keçirmək mümkün olacaq”, – deyə səfirliyin müşaviri qeyd edib.
AZERTAG.AZ :Azərbaycan-Misir Müştərək Komissiyasının növbəti iclası Qahirədə keçiriləcək