Bərdədə 3 otaqlı ev yandı: xəsarət alan var

Bərdədə 3 otaqlı ev yandı:  xəsarət alan var
10:19 2 Yanvar 2015
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdədə 3 otaqlı ev yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 24 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə yanıb. Yanğın zamanı ev sahibinin oğlu yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR