A–
Bakı, 30 mart, AZƏRTAC
Aprelin 2-3-də Hövsan Olimpiya İdman Kompleksində kempo döyüş növü üzrə 6-cı açıq Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan Kempo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışda Bakı, Ağcabədi, Şəki, Sumqayıt, Neftçala, Qazax, İsmayıllı, Lökbatan və Ucarın müxtəlif idman klublarından idmançılar iştirak edəcəklər.
Çempionatda birinci yeri tutan idmançılar (gənclər və böyüklər arasında həm full, həm də submission versiyalarında) Avropa birinciliyində iştirak hüququ qazanacaqlar.
AZERTAG.AZ :Kempo döyüş növü üzrə 6-cı açıq Azərbaycan çempionatı keçiriləcək