Əvvəlcə davada təxminən 30 nəfər iştirak edib, gecə yarısından sonra isə qarşıdurmanın miqyası böyüyüb. Suriyalılar və əfqanlar bir-birinə daş atıb, sərnişin terminalında şüşələr sındırılıb. İğtişaşları yalnız xüsusi təyinatlılar hadisə yerinə gələndən sonra dayandırmaq mümkün olub.
Qaçqınların bildirdiyinə görə, davaya səbəb əfqanların Suriyalı qadına hücum etməsi olub.