"Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Mirkamil Rəhimov vəfat edib. AFFA-nın rəhbərliyi ölkə futbol ictimaiyyəti adından Mirkamil Rəhimovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!"
Qeyd edək ki, Mirkamil Rəhimov bu gün səhər saatlarında dünyasını dəyişib.