Elmar Məmmədyarov: "Ermənistan girovları saxlamaqla qeyri-konstruktivliyini nümayiş etdirir"

Elmar Məmmədyarov: "Ermənistan girovları saxlamaqla qeyri-konstruktivliyini nümayiş etdirir"
20:39 19 Fevral 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistanda saxlanılan girovların geri qaytarılması çox təbii və asan məsələdir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Tiflisdə rəsmi səfərdə Azərbaycanın xarici işlər naziri  Elmar Məmmədyarov deyib: “İrəvanda həm Viktoriya Nuland, həm Ceyms Uorlik, həm də həmsədrlər Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinə toxunublar. Mən açıq şəkildə deyə bilərəm ki, Ermənistanda girovların saxlanılması ədalət baxımından ağlasığmaz bir məsələdir. Ermənistan girovları saxlamaqla özünün qeyri-konstruktiv olduğunu nümayiş etdirir. Mən inanıram ki, biz girovları geri qaytaracağıq”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/193986

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR