Arif Babayevin 77 yaşı tamam olur - fotolar

Arif Babayevin 77 yaşı tamam olur - fotolar
00:36 20 Fevral 2015
419 Şou
Ölkə mətbuatı
A- A+

Ötən gün Beynəlxalq Muğam Mərkəzində xalq artisti Arif Babayevin 77 yaşı münasibətilə konsert proqramı keçirilib.

Axşam.az-ın məlumatına görə, tədbirin açılışını bəstəkar Siyavuş Kərimi edərək səbəbkara xoş arzularını çatdırıb.

Xalq artisti Aygün Bayramova çıxışında A.Babayevin tələbəsi olduğunu vurğulayıb:

“Arif müəllim 30 ildir ki, bu sənətdədir. Beş il ondan təhsil almışam. İndi də konservatoriyada çiyin-çiyinə çalışırıq. Onun bir çox tələbələri artıq xalq və əməkdar artist adını alıblar. Biz bugünədək ona müəllimimiz kimi hörmət edirik”.

Gecədə həmçinin xalq artistləri Mənsum İbrahimov,Canəli Əkbərov, Nəzakət Teymurova, tanınmış tarzən Ramiz Quliyev, əməkdar artist Gülüstan Əliyeva, ifaçılar Gülay Zeynallı, İlkin Əhmədov və başqaları iştirak edərək Arif Babayevə təbriklərini ünvanlayıblar.

Qeyd edək ki, xalq artisti A.Babayev 1938-ci il 20 fevralda Ağdamda anadan olub. O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu yaradıb. Xanəndə xalq artisti (1988) və professor adlarına (1996), “Şöhrət” (1998) və “İstiqlal” (2008) ordenlərinə layiq görülüb.

Sərvər MEHTİYEV
Foto: Ramin ASLANOV














Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26806

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR